İdman

Rusiya futbolunda faciə

5 Aprel 2021 14:04
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya futbolunda faciə baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, gənclərdən ibarət "Znamya Truda" komandasının futbolçusu Nikita Sidorov oyun zamanı həyatını itirib.

Orexovo-Zuyevo şəhərindəki "Torpedo" stadionunda keçirilən görüşün 2-ci hissəsində meydan çıxan 18 yaşlı futbolçunun 5 dəqiqə sonra halı pisləşib. Gənc oyunçu yıxılaraq yerindəcə keçinib. Həkimlər dərhal müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Sidorovun ölüm səbəbi beyin damarının partlamasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.