Kolumbiya yığmasının sabiq futbolçusu Con Viafara həbs edilib.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi narkotik qaçaqmalçılığına görə 11 illik həbs cəzasına məruz qalıb.
Qeyd edək ki, o, ötən ilin mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.
Milli.Az