Millinin sabiq futbolçusuna 11 illik həbs şoku

4 Aprel 2021 21:04

Kolumbiya yığmasının sabiq futbolçusu Con Viafara həbs edilib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi narkotik qaçaqmalçılığına görə 11 illik həbs cəzasına məruz qalıb.

Qeyd edək ki, o, ötən ilin mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.

Milli.Az