İdman

İdmançının barmağı qopdu - VİDEO

3 Aprel 2021 13:29
Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əslən Osetiyadan olan kanadalı MMA idmançısı Hetaq Pliyev ABŞ-lı həmkarı Devin Qudeylo ilə qarşılaşmada qeyri-adi zədə alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Life" portalının məlumatına görə, döyüşçünün barmağı qopub. Hetaq bunu yalnız fasilə zamanı əlcəyini çıxararkən anlayıb.

İdmançının komanda üzvləri xeyli müddət qopub düşmüş bədən üzvünü axtarmalı olublar. Nəticədə, döyüşçünün barmağı əlcəyin içindən tapılıb.

Hazırda Pliyevin səhhətində heç bir problemin olmadığı, qopan barmağın öz yerinə tikildiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.