İdman

Mbappe Tokio-2020-yə qatılmayacaq

29 Mart 2021 19:28
Baxış: 1 362
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ötən il koronavirus pandemiyasının geniş yayılması səbəbindən yarışın təxirə salındığına görə belə qərara gəlib. Mbappe ötən il Fransa yığması ilə həm Tokio-2020, həm də Avro-2020-yə qatılmağı planlaşdırırdı. Lakin yarışların bu ilə təxirə salınması işləri korlayıb. Mbappe AVRO-2020-dən sonra Olimpiadaya yox, gələcəyini düşünməyə vaxt sərf etmək istəyir.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək, Tokio-2020 isə iyulun 21-dən avqustun 7-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.