"Yuventus"un hücumçusu Paulo Dibala böyük ehtimalla yay transfer pəncərəsində komandanı tərk edəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 27 yaşlı futbolçunu satmağa qərar verib. Paulo yayda transferə çıxarılacaq.
Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da oynayır. O, bu mövsüm İtaliya A seriyasının 11 matçında iştirak edib, 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.
Xatırladaq ki, daha əvvəl argentinalı oyunçunun "Barselona"nın hücumçu Antuan Qrizmannla dəyişdiriləcəyi xəbərləri yayılıb.
Milli.Az