Ölkə

Tanınmış şair vəfat etdi - FOTO

15 Dekabr 2025 17:11
Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

Mərhum Ağstafa rayonunda dəfn olunub.

Xatırladaq ki, Nəbiyev Qurban Həmid oğlu 1947-ci ilin 30 oktyabrında Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. İxtisasca mühəndis olan sənət adamı ailəli idi, iki qız və bir oğul övladı var.

Onun "Şair niyə qocalmasın", "Kövrək olur şair qəlbi", "Poeziya mənim həyatımdır" və son olaraq 2021-ci ildə iki cilddən ibarət ümumilikdə beş kitabı işıq üzü görüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.