Cəmiyyət

Sumqayıtda qızlar şalvar geyindiyi üçün məktəbə buraxılmır? - RƏSMİ AÇIQLAMA

15 Dekabr 2025 15:57
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda bəzi məktəblərdə geyim qaydaları ilə bağlı narazılıq yaranıb.

Milli.Az xəbər verir ki, 3, 21, 22, 29, 31 və 39 nömrəli tam orta məktəblərdə oxuyan şagirdlərin valideynləri şikayət ediblər.

Valideynlərin sözlərinə görə, ölkədə məktəbli formaları üçün vahid standart müəyyən olunsa da, bu məktəblərin daxili qaydalarına əsasən, qız şagirdlərin şalvar geyinməsi qadağan edilib. Nəticədə şalvarla dərsə gələn şagirdlər sinifə buraxılmır və həmin gün onlara "qayıb" yazılır.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən ümumtəhsil müəssisələrində vahid məktəbli forması tətbiq edilir.                                                                                                      

Qeyd olunub ki, Qərara uyğun olaraq adıçəkilən təhsil müəssisələrinin pedaqoji şuraları tərəfindən valideynlərin rəyi nəzərə alınmaqla ağ və tünd göy rənglərindən ibarət olan forma nümunələri seçilib.

Təhsil İdarəsindən verilən məlumata görə, məktəblərin rəhbərləri tərəfindən qız şagirdlərin məktəbli formasına aid olan şalvardan istifadəsinə etiraz edilmir. Spesifik olaraq həmin məktəblərdə şagird və valideynlərə yalnız qız şagirdlər üçün nəzərdə tutulmuş məktəbli formasına aid şalvardan istifadə tövsiyə olunub:

"Eyni zamanda bildiririk ki, vətəndaşların şikayəti yarandığı təqdirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edə bilərlər".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.