Cəmiyyət

Biləcəri sakinləri evlərinin torpaqda batmasından şikayət edirlər

15 Dekabr 2025 16:26
Baxış: 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Biləcəri qəsəbəsində bir çox fərdi yaşayış evlərinin bünövrəsinin çökməsi sakinlər arasında təşviş yaradıb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, evdə rahatlıqla otura bilmirlər, daim qorxu içində yaşayırlar: 

"Yaxşı ki, bizi oyadıb çölə çıxartdılar. Gecə orada yatsaydıq, ölüb gedəcəkdik. Nəinki evdə yatmaq, həyətdə oturmaq belə olmazmış. Torpaqlar ovulub gedir".

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin evlər uzun illər əvvəl tikilib. Hazırda Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.