Hadisə

Öz-özünə hərəkət edən avtomobil qəza törətdi - VİDEO

15 Dekabr 2025 15:41
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, ilkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola qəfil hərəkətə başlayaraq yolda olan svetofora çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 1 ədəd üzərində piyada bölmələri olan nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Nəqliyyatı İnetellektual İdarəetmə Mərkəzi sürücülərə xatırladır ki, "Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinə əsasən nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitəsini park edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.