İdman

Dünya çempionatı keçiriləcək ölkədə idman zalları bağlanır

25 Mart 2021 18:33
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qətər hökuməti ölkə ərazisində koronavirusun "Britaniya ştammı" aşkar edilməsindən sonra məhdudlaşdırıcı tədbirləri sərtləşdirmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, martın 26-da qüvvəyə minəcək yeni məhdudiyyətlər sırasına idman zallarının bağlanması, 12 yaşdan kiçik uşaqların mağazaya daxil olması və s. daxil edilib.

Bundan əlavə kinoteatr, muzey, restoran ziyarətçilərinin sayı minimuma endirilib, açıq havada beş nəfərdən çox insanın toplaşması qadağan edilib.

Xatırladaq ki, Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.