İdman

Millimiz Gürcüstana 11 cüdoçu ilə yollanır

23 Mart 2021 13:37
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə keçiriləcək "Böyük dəbilqə" turnirində mübarizə aparacaq Azərbaycan komandasının heyəti müəyyənləşib. Yarışda 11 cüdoçumuz iştirak edəcək.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, belə ki, martın 26-da start götürəcək turnirdə kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar. Yarış martın 28-dək davam edəcək.

Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş "Böyük dəbilqə" turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.