İdman

İngiltərə Kubokunda yarımfinalçılar müəyyənləşib

22 Mart 2021 07:55
Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, günün ilk matçında "Çelsi" doğma meydanda "Şeffild Yunayted"i 2 cavabsız qolla məğlub edib.

Qolları 24-cü dəqiqədə Oliver Norvud öz qapısına, 90-cı dəqiqədə isə Hakim Ziyeş vurub.

Digər qarşılaşmada "Lester Siti" evdə "Mançester Yunayted"ini 3:1 hesabı ilə məğlub edib. Matçın 24-cü dəqiqəsində Keleçi İhenaço meydan sahiblərini hesabda önə çıxarsa da, 14 dəqiqə sonra Meyson Qrinvud tarazlığı bərpa edib. Qarşılaşmanın 52-ci dəqiqəsində Yuri Tilemans "qırmızı şeytanlar"ı ikinci dəfə məyus edib. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə İhenaço qoyub.

Beləliklə, qələbə sayəsində "Çelsi" və "Lester Siti" komandaları yarımfinala vəsiqə qazanıblar. Londonlular bu raundda "Mançester Siti" ilə, Lester təmsilçisi isə "Sautgempton"la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 17-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.