İdman

İtaliya A Seriyası: "Yuventus" autsayderə məğlub olub

22 Mart 2021 07:34
Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turunun növbəti oyunu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son çempion "Yuventus" öz meydanında autsayder "Benevento" komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 69-cu dəqiqə Adolfo Qayç olub. Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran "Benevento" turnir cədvəlində 16-cı yerə yüksəlib. "Yuventus" isə 55 xalla üçüncü yerdə qərarlaşıb.

Turin klubunun mətbuat xidməti "Tvitter"dəki hesabında bildirib ki, "Yuventus" klubunun prezidenti Andrea Anyelli görüşün başlamasından əvvəl komandanın hücumçusu Kriştianu Ronaldunu yeni nailiyyəti - əfsanəvi futbolçu Pelenin karyerası ərzində qollarının sayı üzrə mütləq rekordunu üstələməsi münasibətilə təbrik edib.

Anyelli Ronalduya 770 nömrəli (futbolçunun karyerası ərzində vurduğu qolların sayı - red) və G.O.A.T ("Greatest Of All Time" - bütün vaxtlarda ən böyük - red) yazısının olduğu futbolkanı hədiyyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.