İdman

Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəbini açıqladı

21 Mart 2021 19:56
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov peşəkar döyüş karyerasını başa vurmasının səbəbini açıqlayıb.

ESPN telekanalına müsahibə verən yüngül çəkidə UFC çempionu öz qərarını əsaslandırıb və gələcək planlarından danışıb.

"Mən kim olduğumu sübut etmək üçün peşəkar idmana gəldim və dünya çempionu oldum. Üç dəfə titulumu qorudum. Daha nə edim? Pula görə döyüşüm? Mənə pul lazım deyil", - deyə Həbib bəyan edib.

Bununla yanaşı, idmançı gələcək planlarıyla da bölüşüb.

"Ailəmlə birlikdə keçirdiyim vaxtdan zövq alacağam. Mənim qardaşlarım hələ də döyüşməyə davam edirlər. Onlara dəstək olacağam. Mənim bir neçə biznes layihəm də var", -deyə UFC çempionu bildirib.

Qeyd edək ki, H.Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 29 görüşün hamısını qələbə ilə başa vurub. Yenilməz döyüşçü ötən ilin oktyabrında karyerasını bitirdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.