Çindən avtomobil ixracı çətinləşdi - Yeni QAYDA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14 noyabr tarixində Çinin bir neçə nazirliyi paralel avtomobil ixracı ilə bağlı qaydaları sərtləşdirən birgə bildiriş yayıb.
Milli.az məsələni təhlil edərək dəyişikliklərin nə dərəcədə ciddi olacağını araşdırıb.
Son vaxtlar bir çox Çin avtomobil istehsalçıları daxili bazar üçün nəzərdə tutulan, lakin "sıfır yürüşlü ikinci əl" kimi xaricə çıxarılan avtomobillərin artan ixrac kanallarından narahatlıqlarını bildirirdilər. Söhbət belə bir sxemdən gedir: bəzi şirkətlər yeni avtomobilləri alır, onları Çində qeydiyyata salır, dərhal da qeydiyyatı ləğv edərək avtomobili ölkə xaricinə göndərirlər.
Yeni qaydalara əsasən, qeydiyyata alındıqdan sonra 6 aydan az müddət keçmiş istifadə olunmuş avtomobillərin ixracı üçün şirkətlər gömrük orqanlarına xüsusi sənəd təqdim etməlidirlər. Bu sənəd "Satışdan sonrakı xidmət üzrə təsdiq" adlanır. Əslində bu, avtomobil istehsalçısının rəsmi möhürü ilə təsdiqlənmiş məktubdur. Burada ixrac olunan ölkə, avtomobilin məlumatları və həmin ölkədə avtomobilin servis xidməti göstərilə biləcək məntəqələrin siyahısı qeyd olunmalıdır.
Qaydaların digər hissəsi avtomobillərin texniki xüsusiyyətləri və sertifikatları barədə məlumatların daha ciddi şəkildə toplanmasına və yoxlanmasına aiddir. Əsas dəyişiklik isə 6 aydan az qeydiyyatda olan istənilən ikinci əl modelin ixracı üçün artıq istehsalçının faktiki icazəsinin tələb olunmasıdır.
Bu qərarın yayımlanması ilə paralel idxal kanalları ilə işləyən şirkətlər arasında dərhal reaksiyalar formalaşıb: "Almaq lazımdır - indi!" Çünki bundan sonra proses uzanacaq: avtomobil 180 gün gözləməli olacaq ki, istehsalçı təsdiqi olmadan sadələşdirilmiş qaydada ixrac edilə bilsin. Bu isə həm vaxtı, həm də qiymətləri artıracaq. Biznes nümayəndələri artıq indidən belə modellərin bahalaşacağını gözləyirlər.
Bununla belə, dəyişikliklər bütün markalara eyni dərəcədə təsir etməyəcək. Çünki bəzi Çin şirkətləri əvvəldən "sıfır yürüşlü ikinci əl" avtomobillərin xaricə çıxmasını dolayı şəkildə dəstəkləyirdi. Bu, onların investorlar qarşısında daha yüksək satış göstəriciləri təqdim etməsinə və müəyyən maliyyə yükündən yayınmasına imkan verirdi.
Bundan əlavə, Çində bəzi ixrac şirkətlərinin sahibləri avtomobil istehsalçıları ilə birbaşa əlaqəli və yüksək vəzifələrdə olduqları üçün 6 aydan az olan avtomobillərin ixrac sənədlərini öz möhürləri ilə təsdiqləyə biləcəklər. Bu da həmin şirkətlərin bazarda mövqelərini daha da gücləndirəcək və rəqabətin azalması fonunda qiymətlərin real olaraq artmasına səbəb ola bilər.
Əsas təsir isə rəsmi ixrac kanallarına arxalanan böyük brendlərə dəyəcək. Buna ən bariz nümunələr kimi Chery, Changan və Geely göstərilir. Onlar əvvəllər də paralel ixracı məhdudlaşdırmağa çalışmışdılar. Lakin daha kiçik istehsalçılar üçün ikinci əl ixracı bəzən fəaliyyətlərini davam etdirməyin yeganə yoludur. Buna görə də onların mövcud ixrac kanallarını qoruyacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)





