İdman

Neymar "Barselona"ya qarşı oynayacaq?

9 Mart 2021 15:30
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin hücumçusu Neymarın Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab oyunu üçün iştirak ərizəsində yer almaq ehtimalı var.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub futbolçunu zədələndikdən sonra yenidən meydançaya dönməyə məcbur etmək istəməir. Ancaq braziliyalı oyunçu matça ehtiyat oyunçular skamyasında başlayacaq.

Baş məşqçi Maurisio Poçettino böyük ehtimalla Neymara sabiq komandasına qarşı təxminən yarım saat oynamaq imkanı verəcək. Lakin hesabdan asılı olaraq yanaşma dəyişə bilər.

Qeyd edək ki, PSJ - "Barselona" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk görüşdə Paris təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.