İdman

Salah "Liverpul"u tərk edir?

7 Mart 2021 19:21
Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un futbolçusu Məhəmməd Salah klubdan gedə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə baş məşqçi Yurgen Kloppun arasında münasibətlər yaxşı deyil. Almaniyalı mütəxəssis Premyer Liqanın son turunda "Çelsi" ilə matçda da futbolçunu 61-ci dəqiqədə əvəzləyib. Bu, nəinki Salahın, azarkeşlərin də narazılığına səbəb olub.

Misirli oyunçu ilə "Barselona" və "Bavariya" da yaxından maraqlanır. Həmçinin o, daha əvvəl açıqlamasında İspaniyanın ən güclü komandalarından birində çıxış edə biləcəyini deyib.

Qeys edək ki, Salanın "mersisaydlılar"la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.