İdman

50 avroluq mərclə dəyişən karyera - Artıq “Qızıl top”u da var

4 Mart 2021 13:51
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasındakı yüksəlişin səbəbini açıqlayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, polşalı forvard bunu hazırda "Liverpul"u çalışdıran Yurgen Kloppla əlaqələndirib.

Levandovski bildirib ki, Dortmund "Borussiya"sında olarkən komandanın sükanı arxasında olan Kloppla girdiyi mərc onu bu səviyyəyə gətirib: "Dortmunda gedəndə alman dilində yalnız "danke" (təşəkkür edirəm) sözünü bilirdim. Kloppun məşqlərində temp çox yüksək olurdu. Yurgen bir gün mənə meydan oxudu. Bildirdi ki, ikitərəfli oyunda 10 qol vursam, 50 avro verəcək. Mən də bu mərci qəbul etdim. Bir neçə həftə hər ikitərəfli oyundan sonra ona 50 avro ödəməli oldum. Çünki mərci uduzurdum, Klopp da mənə gülürdü".

Forvard bir müddət sonra vəziyyətin dəyişdiyini vurğulayıb: "Bir neçə həftə sonra rollar dəyişdi. Pul qazanan tərəf mən idim. Yurgen də bir gün mənə yaxınlaşaraq, "bu qədər kifayətdir, artıq hazırsan" dedi. Onunla girdiyim bu mərc mənim qolçuluq bacarığımı artırdı".

Qeyd edək ki, Robert Levandovski 2020-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.