İdman

Xavi məşqçi kimi 5-ci kubokunu qazandı

27 Fevral 2021 12:54
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi futbolçu Xavi Ernandes baş məşqçi kimi növbəti tituluna sahib çıxıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Əl-Sədd"in çalışdırıcısı komandasına bu dəfə Qətər Kubokunu qazandırıb.

Komanda final matçında "Əl-Duhail" üzərində 2:0 hesablı qələbə qazanaraq, kuboku muzeyinə aparıb. İkinci dəfə ölkə kubokuna yiyələnən 41 yaşlı Xavi məşqçi karyerasında 5-ci titulunu qazanıb. O, "Əl-Sədd"ə həmçinin Şeyx Yassim Kubokunu, Qətər Ulduz Kubokunu və Qətər Əmir Kubokunu qazandırıb.

Qeyd edək ki, Xavi Ernandes 2019-cu ilin mayından "Əl-Sədd"ə başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.