İdman

"Beyl hər zamankından daha xoşbəxtdir"

27 Fevral 2021 12:42
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo  Avropa Liqasının 1/16 final mərhələsində "Volfsberq"lə cavab oyununda (4:0) qol vuran  Qaret Beyl haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, uelsli hücumçunun hər zamankından daha xoşbəxt olduğunu deyib: "Eyni zamanda qətiyyətli görünür. Məşqlərdə özünə inamın geri döndüyünü görə bilərsiniz, bu hətta təəccüblü şəkildə özünü göstərir.

Bu, çərşənbə günü qolundan aydın oldu. Bu, əmin bir zərbə idi. Qorxusu və ya mənfi hissləri olan bir oyunçu heç vaxt belə bir zərbə endirməz. Bunu etmək üçün yaxşı vəziyyətdə olmalısınız. İndi Qaret gəldiyindən bəri ən yaxşı əhval-ruhiyyədədir.

Əlbəttə ki, biz ona etibar edirik. "Tottenhem"də hər kəs onun üçün ən yaxşısını istəyir"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.