İdman

Ronaldo Messi ilə şərikdir - Levandovski öndə

26 Fevral 2021 11:19
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski "Qızıl buts" mükafatı uğrunda mübarizədə vahid liderdir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Bundesliqada 26 qol vuran polşalı hücumçu 52 xalla bütün rəqiblərini arxada qoyur.

Norveçin "Bode Qlimt" klubunun danimarkalı futbolçusu Kasper Yunker 27 qolla 40,5 xal toplayıb. İlk "üçlüy"ü digər Norveç təmsilçisi "Kristiansun"un şərəfini qoruyan Amxl Pelleqrino qapayır. O, 25 qolla 37,5 xala malikdir.

Liderləri Kriştianu Ronaldo ("Yuventus"), Lionel Messi ("Barselona") və Andre Silva ("Ayntraxt") izləyir. Bu oyunçular 18 qolla 36 xal toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory