İdman

"Zirə"nin legioneri xəstəxanalıq oldu

25 Fevral 2021 20:26
Baxış: 547

"Zirə"nin hücumçusu Davit Volkov "Neftçi" ilə buğünkü oyunda (1:0) zədə alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib. O, gürcüstanlı hücumçunun durumunun ciddi olduğunu vurğulayıb: "Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq".

Qeyd edək ki, Volkov bu gün Premyer Liqanın 17-ci turunda "Neftçi"yə qarşı görüşdə yeganə qolun müəllifi olub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.