İdman

Beyl "Real"a qayıda bilər

18 Fevral 2021 18:13
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın icarə əsasında "Tottenhem"də çıxış edən futbolçusu Qaret Beylin meneceri Conatan Barnett oyunçunun Madrid təmsilçisinə qayıtma ehtimalından danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 31 yaşlı hücumçunun yenidən "kral klubu"nda çıxış etməyə müsbət yanaşdığını deyib:

"Beylin "Real"la bir problemi yoxdur. Ora möhtəşəm bir klubdur. Beylin geri qayıtmağı problem olmaz. Sadəcə "Real"ın ona ehtiyacının olub-olmadığına, futbolçunun "Real" üçün oynayıb-oynamayacağına qərar verməyi lazımdır. Məncə, bunu da Zinəddin Zidandan soruşmalısınız".

Həmçinin menecer uelsli oyunçu ilə "Tottenhem"in baş məşqçisi Joze Mourinyo arasında münasibətin yaxşı olduğunu da vurğulayıb.

Qeyd edək ki, Beyl ötən yay icarə qaydasında "Real"dan "Tottenhem"ə keçib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.