İdman

Ronaldu tənqid hədəfində

18 Fevral 2021 18:28
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/8 finalında "Portu"ya 1:2 hesablı məğubiyyətdən sonra əsas tənqid hədəfinə çevrilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu İtaliya mətbuatında tənqid olunan Turin klubunun oyunçularının başında yer alıb.

"La Gazetta Della Sport" nəşri hər matçın sonunda olduğu kimi bu görüşdə də futbolçuların çıxışını qiymətləndirib. "Yuventus"da uruqvaylı yarımmüdafiəçi Rodriqo Bentankur ən aşağı xalı (4) alıb. Ronaldo isə 4,5 xalla ən aşağı qiymət alan ikinci oyunçu olub. Turin təmsilçisinin yeganə qolunu vuran Federiko Kyeza (7) isə ən yüksək xal alıb.

Bundan başqa, veteran futbolçu Antonio Kassano da portuqaliyalı oyunçunu tənqid edib.O, Ronaldu ilə bağlı bunları deyib: "Ronaldu hər oyuna bir qol vurur, amma onun Pirlonun futbol fəlsəfəsini başa düşməsi üçün bu, çətin bir statistikadır. O, həmişə bir az eqoist davranıb. Başqasının qol vurması Kriştianonun vecinə deyil. Ronaldu qol vurmaq üçün yaşayan oyunçudur. O, qələbə qazanmaq üçün yox, qol vurmağa görə yaşayır. Bu, vəziyyəti daha da pisləşdirir. Hər kəs üçün zaman keçir və hamını çətin vəziyyətdə qoyur".

Qeyd edək ki, Ronaldu "Portu" ilə görüşdə heç nə ilə yadda qalmayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.