İdman

İlkay bu qarşılaşmanı buraxacaq

16 Fevral 2021 22:09
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Everton"la oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola matç öncəsi keçirilən mətbuat konfransında bildirib. O deyib ki, türkəsilli alman yarımmüdafiəçi zədələndiyi üçün sözügedən görüşdə meydanda olmayacaq: "İlkay  özünü yaxşı hiss edir, amma sabah oynaya bilməyəcək. Natan Ake xaricində, digər bütün oyunçular yaxşıdır".

Qeyd edək ki, Gündoğan ölkə çempionatının 24-cü turunda "Tottenhem"lə qarşılaşmada zədələnib.

Əlavə edək ki, "Everton" - "Mançester Siti" oyunu sabah keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.