İdman

“Mançester Siti”dən darmadağın, “Liverpul” uduzdu

14 Fevral 2021 11:20
Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında XXIV tur başlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun ilk günündə 4 matç baş tutub.

Çempionatın lideri "Mançester Siti" öz meydanında "Tottenhem"in qapısından üç cavabsız top keçirib. "Bernli" eyni hesabla "Kristal Pelas" üzərində səfər qələbəsi qazanıb.

Son çempion "Liverpul" ardıcıl üçüncü məğlubiyyətini "Lester"lə görüşdə alıb. "Aston Villa" ilə "Brayton"un duelində qol vurulmayıb.

Qeyd edək ki, tura fevralın 15-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXIV tur
13 fevral
"Lester" - "Liverpul" - 3:1
Meddison, 78, Vardi, 81, Barnes, 85 - Salah, 67
"Kristal Pelas" - "Bernli" - 0:3
Qudmundsson, 4, Rodriges, 10, Louton, 47
"Mançester Siti" - "Tottenhem" - 3:0
Rodri, 23 (pen.), Gündoğan, 50, 60
"Brayton" - "Aston Villa" - 0:0  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.