İdman

Qurbanovdan Medinaya sərt reaksiya

13 Fevral 2021 21:53
Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müdafiçiləri Kevin Medinanın "Neftçi" ilə matçda (1:2) qırmızı vərəqə almasına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o deyib ki, Medina haqda indi düşünsə, daha ciddi cəza ola bilər: "Sabah epizodu yenidən izləyəcəyəm. Mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur".

Qeyd edək ki, Medina rəqib futbolçu Kaneyə başla zərbə etdirdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu hərəkətinə görə "Qarabağ"ın qapısına penalti təyin edilib. Nəticədə "Neftçi" qələbə qolu vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.