İdman

"Teymur Rəcəbovun günü deyildi"

13 Fevral 2021 12:36
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ şahmatçısı Uesli So Çempionlar Turunun "Opera Euro Rapid" adlanan 3-cü mərhələsinin yarımfinalında millimizin üzvü Teymur Rəcəbova qalib gəlməsini şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, oyunlarla bağlı bildirib: "Bu gün (dünən-red) rəqibimin günü deyildi. Oyuna başlayanda onun favorit, bir qədər üstün olduğunu düşünürdüm. Teymur əla şahmatçıdır. Açıq deyə bilərəm ki, bu mərhələdə onda nələrsə düz getmədi".

Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək. So isə finalda Maqnus Karlsenlə (Norveç) qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.