İdman

Sulşerin siyahısı – 4 mərkəz müdafiəçisi

13 Fevral 2021 08:46
Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubu mövsümün sonunda müdafiə xəttini gücləndirmək niyyətindədir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, baş məşqçi Ole-Qunnar Sulşer, xüsusən də, mərkəz müdafiəçilərinin çıxışından məmnun deyil.

Norveçli mütəxəssisin qısa siyahısında bu mövqe üzrə 4 oyunçu yer alır. Bunlar "Real"dan Rafael Varan, "Sevilya"dan Jül Kunde, "Aston Villa"dan Tayron Minqs və "Braqa"dan David Karmudur. "Mankunianlar" "Leypsiq"in oyunçusu Dayo Upamekanonu bu "dördlüy"ə alternativ kimi baxır. Çünki ingilislər onun "Bavariya"ya keçəcəyini düşünür.

Klub rəhbərliyi siyahıda olan oyunçulardan ən azı birini yayda heyətə cəlb etməyə çalışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.