İdman

Ramos “Real”a yenə “yox” dedi

10 Fevral 2021 15:03
Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Real" klubu kapitanı Serxio Ramosa növbəti təklifini edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Madrid təmsilçisi ilə ulduz futbolçu arasındakı budəfəki danışıq da uğursuz nəticələnib.

"Real" rəhbərliyi maaşın 10 faiz azaldılması şərtilə 2 illik yeni saziş təklif etsə də, 34 yaşlı müdafiəçi növbəti dəfə bunu rədd edib. İspanlar artıq Ramosla danışıqları dayandırmaq və başqa təklif etməmək qərarına gəlib.

Qeyd edək ki, dizindən əməliyyat olunduğu üçün komandadan kənarda qalan Serxio Ramosun müqavilə müddəti mövsümün sonuna qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.