İdman

"Barselona" Messi üçün Aqueronu transfer edə bilər

4 Fevral 2021 17:34
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Serxio Aguero "Barselona"nın futbolçusu ola bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidentliyinə namizədlər hücumçunun ailəsi ilə təmasda olublar. Argentinalı futbolçunun özü "Barselona"ya mümkün transferi məmnuniyyətlə qiymətləndirib.

Bildirilib ki, "Barselona"  Lionel Messi ilə yeni bir müqavilə imzalamaq üçün Aqueronu komandaya gətirmək istəyir. Klub rəhbərliyi hesab edir ki, Serxio millidəki komanda yoldaşının karyerasını Kataloniya klubunun düşərgəsində davam etdirməsinə inandırmağa kömək edəcək əlavə bir amil olmalıdır.

Qeyd edək ki, Aqueronun "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.