İdman

Zidanın taleyi Çempionlar Liqasından asılıdır

2 Fevral 2021 17:50
Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidanın taleyi Çempionlar Liqasından asılıdır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, ölkə kuboku və Superkubokdakı uğursuzluqdan sonra La Liqada da liderdən 10 xal geri qalan Madrid təmsilçisinin titul qazanmaq üçün son şansı qitənin ən nüfuzlu klub turniri ilə bağlıdır.

Fransalı mütəxəssis istefaya göndərilməmək üçün mövsümü titulla bitirməlidir. Bu üzdən də Zidan komandası ilə birlikdə Çempionlar Liqasında uğur qazanmağa məhkumdur.

Qeyd edək ki, "Real" 1/8 finalda "Atalanta" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.