İdman

“Real” Ramosun gedişi ilə barışdı

30 Yanvar 2021 16:45
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Real" klubunun kapitanı Serxio Ramos komandanı tərk edəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə "kral klubu"na yaxınlığı ilə bilinən jurnalist Xosep Pedrelol paylaşımında məlumat verib.

Onun sözlərinə görə, madridlilər artıq onun gedəcəyini qəbul edib: "Klub prezidenti Florentino Peres Ramosla oteldə görüşdü, ondan maaşını 10 faiz azaltmasını istədi. Müdafiəçi bu endirimlə razılaşmadı. "Real" Ramosa iki seçim təklif etdi: əmək haqqı endirilmədən 1 illik müqavilə və ya endirimlə 2 illik. Futbolçu digər komandaların təkliflərinə baxmaq istəyir. Ramos qalmaq istəsə, Peresə zəng vurub seçimlərdən birini qəbul etməlidir. Amma "Real" onun gedişi ilə barışıb".

Qeyd edək ki, Serxio Ramosun "Real"la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.