İdman

"Ayntraxt" "Real"a sataşdı

18 Yanvar 2021 18:06
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Ayntraxt" klubunun mətbuat xidməti "Real"la zarafat edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Aytraxt"ın müqavilə ilə Madrid klubuna məxsus futbolçusu Luka Yoviç Bundesliqanın 16-cı turunda "Şalke" ilə görüşdə (3:1) dubl etməsi buna səbəb olub.

Frankfurt təmsilçisi sosial şəbəkə hesabında serbiyalı hücumçunun  qollarının videogörüntüsünü paylaşaraq yazıb:

"Siz, sadəcə, ona şans vermliydiniz. Bu necə gözəl bir qayıdışdır, Luka?!"

Qeyd edək ki, "Real" 23 yaşlı hücumçunu  "Aytraxt"dan transfer etdikdən sonra baş məşqçi Zinəddin Zidan onun çıxışını bəyənməyib və Yoviçi Almaniya klubuna icarəyə göndərib. Mövsümün sonunadək "Ayntraxt"da çıxış edəcək Yoviçin "kral klubu" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.