İdman

"Tottenhem" Beyllə müqaviləni uzadır? - Mourinyo danışdı

16 Yanvar 2021 15:42
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandada icarə əsasında çıxış edən Qaret Beyllə yeni müqavilə imzalanacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bu məsələ ilə bağlı hələlik heç bir danışıq aparılmadığını deyib:

"Bu barədə 1 saniyə belə danışmamışıq. Beyl mövsümün sonunadək icarəyə götürülüb. Başqa müzakirələrə vaxt ayırmamışıq".

Qeyd edək ki, müqavilə ilə "Real"a məxsus olan uelsli oyunçu ötən ilin sentyabr ayında London klubuna keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.