İdman

Özil "Di Si Yunayted"ə keçə bilər

6 Yanvar 2021 16:04
Baxış: 1 047
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı türk futbolçu bu mövsüm bir oyunda belə iştirak etməyib. O, ümumiyyətlə, hazırkı mövsüm üçün sifariş edilməyib. Ona görə Özilin tezliklə hazırkı komandasını tərk edəcəyi gözlənilir.

Qol.az football.london-a istinadən xəbər verir ki, onunla MLS təmsilçisi "Di Si Yunayted" yaxından maraqlanır və ona yaxşı şərtlər irəli sürüb. Konkret olaraq, klub Özilə məxsus M10 brendinin və 39 Steps Coffee şəbəkəsinin inkişafına yardım göstərəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.