İdman

“Mançester Siti” ilə çempion olan futbolçu öldü

6 Yanvar 2021 15:34
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa çempionatının bürünc mükafatçısı olan ingiltərəli sabiq futbolçu Kolin Bell vəfat edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Mançester Siti"nin tanınmış siması 75 yaşında ölüb.

Klub bununla bağlı mərhumun ailəsinə başsağlığı verib. Bell 13 il formasını geyindiyi "Mançester Siti" ilə 1967/68 mövsümündə İngiltərə çempionluğunu qazanıb. Bu, "şəhərlilər"in 30 ildən sonra qazandığı çempionluq titulu olub. Komanda ondan sonra bir də 2011/12 mövsümündə qızıl medala sahib çıxıb. Bell həmçinin İngiltərə Kubokunun, Kuboklar Kubokunun, eyni zamanda iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

Kolin Bell İngiltərə yığmasının heyətində 1968-ci ildə Avropa çempionatının da bürünc mükafatına sahib çıxıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.