İdman

İranın qol kralının adı açıqlandı

3 Yanvar 2021 08:49
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda futbol üzrə 2020-ci ilin qol kralı Sərdar Azmun elan olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiyanın "Zenit" klubunun 26 yaşlı hücumçusu 2020-ci ildə 22 dəfə fərqlənib.

Qeyd edək ki, Sərdar Azmun 1995-ci il yanvarın 1-də İranda türkmən ailəsində anadan olub. O, peşəkar futbolçu karyerasına yerli "Sepahan" klubunda başlayıb. Ardından Rusiyanın "Rostov" və Kazanın "Rubin" klublarında çıxış etmiş Azmun 2020-ci ilin yanvarında 12 milyon avroya "Zenit"ə transfer olub. Onun müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.