İdman

El-Şaravi İtaliyaya qayıdacaq

26 Dekabr 2020 09:26
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Şanxay Şenxua" klubunun futbolçusu Stefan El-Şaravi karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 28 yaşlı hücumçu "Fiorentina" və "Roma"nın maraq dairəsindədir.

A seriyası təmsilçiləri qış transfer dövründə Stefanı heyətinə qatmaq istəyir. 2019-cu ildə məhz paytaxtın eyniadlı klubundan Asiyaya yollanan hücumçu üçün 16 milyon avro ödənilmişdi. Onun Şanxay təmsilçisi ilə müqaviləsi hələ iki mövsümlük qalsa da, forvard "Köhnə qitə"yə dönmək istəyir.

Qeyd edək ki, cari mövsüm 6 oyun keçirən El-Şaravi qol vurmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.