İdman

"Atletiko"nun futbolçusuna 10 həftəlik cəza

23 Dekabr 2020 19:24
Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Futbol Assosiasiyası İngiltərə millisinin və "Atletiko"nun futbolçusu Kiran Trippyeri 10 həftəlik futboldan uzaqlaşdırıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, buna onun mərc oyunlarında iştirakı səbəb olub. 30 yaşlı müdafiəçi eyni zamanda 70 min funt sterlinq məbləğində cərimələnib. Cəza tətbiq edildikdən dərhal qüvvəyə minir. Beləliklə, 30 yaşlı oyunçu martın əvvəlində meydana qayıdacaq.  Cəza bütün turnirlərdə keçərli olacaq. Beləliklə, Trippyer Çempionlar Liqasının 1/6 finalında "Çelsi" ilə görüşdə daxil olmaqla, "Atletiko"nun 12 matçını buraxacq.

Qeyd edək ki, İngiltərə millisinin üzvünün  "Tottenhem"dən "Atletiko"ya keçdiyi 2019-cu ilin iyulunda qaydaları pozduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.