İdman

Azərbaycanlı iş adamı futboldan ömürlük uzaqlaşdırıldı - FOTO

7 Noyabr 2025 19:35
Baxış: 395
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanlı iş adamı Tufan Sadıqov ömürlük futboldan uzaqlaşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya Futbol İttifaqının (RFİ) Nəzarət və İntizam Komitəsi (NİK) verib.

Bildirilib ki, Sadıqovun cəzası altı aydan çox FIFA qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır. Bundan əlavə o, "Ximki" klubunun peşəkar statusunun itirilməsinə səbəb olan "vicdansız və ağılsız hərəkətlərə görə" günahlandırılıb.

Qeyd edək ki, Sadıqov "Ximki" klubunun investoru olub. Sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi klubu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edib.

Xatırladaq ki, "Ximki" maliyyə problemləri səbəbindən peşəkar statusunu itirib və 2024/2025 mövsümündən sonra Rusiya Premyer Liqasından çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.