İdman

AFFA-dan dəvət alan futbolçu klubundan qovuldu

17 Dekabr 2020 16:53
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Kayserispor" klubu qış fasiləsi yaranmamış bir futbolçusu ilə yollarını ayırıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Hasan Hüseyin Acarla vidalaşmaq qərarına gəlib. Maraqlıdır ki, dünən 26 yaşı tamam olan yarımmüdafiəçi ilə məhz doğum günündə müqaviləyə xitam verilib. O, 2018-ci ildən "Kayserispor"da çıxış edirdi.

Qeyd edək ki, Hasan Hüseyin Acar bu ilin mayında Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.