İdman

“Mançester Siti” Messidən əl çəkmir

16 Dekabr 2020 12:24
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Barselona"nın kapitanı Lionel Messinin transferindən əl çəkmir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, PSJ-nin argentinalını Fransaya aparmaq istəyi "şəhərlilər"i hərəkətə gəlməyə vadar edib.

Baş məşqçi Pep Qvardiola və bir neçə aparıcı futbolçusu ilə yeni müqavilə bağlayan Premyer Liqa klubu ispaniyalı mütəxəssisə Messini yanına gətirəcəyini vəd edib. "Barselona" yeni sözləşmə üçün Leonun maaşında endirimə getməsini tələb edirsə, "Mançester Siti" minimum hazırkı məvacibini ödəməyə hazırdır. İngilislər yanvarda 33 yaşlı superulduzla rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, Messi cari mövsümün əvvəlində "Mançester Siti"yə keçməyə çalışsa da, klubu onu buraxmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.