İdman

Cek Pol döyüş üçün Konor Makqreqora 50 milyon dollar təklif edib

16 Dekabr 2020 07:48
Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Videobloger və boksçu Cek Pol döyüş üçün irlandiyalı MMA ustası Konor Makqreqora 50 milyon dollar təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, C.Pol bu barədə "Instagram" səhifəsində yazıb. O, 84 kiloqram çəki dərəcəsində baş tutacaq döyüşün hər biri 3 dəqiqə olmaqla 8 raunddan ibarət olacağını açıqlayıb.

Cek Pol Mayk Taysonla Roy Cons arasında noyabrın 29-da Los-Ancelesdə baş tutan nümayiş xarakterli döyüşündən əvvəlki qarşılaşmaların birində iştirak edib. O, ikinci raundda rəqibi Milli Basketbol Assosiasiyasının (MBA) oyunçusu Neyt Robinsonu nokauta salıb və bundan sonra "Twitter" səhifəsində K.Makqreqoru mübarizəyə çağırmağa hazır olduğunu yazıb.

Otuz iki yaşlı irlandiyalı boksçunun aktivində 22 qələbə və dörd məğlubiyyət var. UFC-də ilk titulunu 2015-ci ildə qazanan peşəkar rinq ustası, daha sonra təşkilatda müxtəlif çəki dərəcələrində (yüngül və yarım yüngül) eyni vaxtda çempion olan döyüşçü kimi tarixə düşüb.

İyirmi üç yaşlı C.Pol peşəkar boksda iki döyüş keçirib və hər ikisində də qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.