İdman

Referimiz Vətən müharibəsində iştirak edir

14 Dekabr 2020 12:51
Baxış: 1 070
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

26 yaşlı referi Kamal Umudlu ilk günlərdən cəbhədə iştirak edir.

Gənc arbitr fevral ayında Premyer liqada debüt edib. Sentyabrda isə düşmənin əks-hücumları başlayan zaman cəbhəyə yollanıb. Umudlu Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad edilmə əməliyyatlarında aktiv iştirak edib. Maraqlıdır ki, onun Premyer liqada son oyunu 25 sentyabrda "Sumqayıt"-"Qarabağ" (2:2) matçı olub.

Umudlu bu gün də ön cəbhədə xidmətini yerinə yetirməkdədir. Onun nə vaxt oyunlara ədalət təmsilçisi kimi dönəcəyi məlum deyil. ("Futbol+" qəzeti)

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.