İdman

Ronaldo 1-ci, Messi 32-ci - “100”ə kim tez çatdı?

12 Dekabr 2020 13:54
Baxış: 1 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir klubun heyətində 100 qol vurmaq üçün ən az oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, cədvəldə XXI əsrdə "Böyük beşlik" liqalarında bombardirlik nümayiş etdirən oyunçular yer alıb.

"100"ə ən tez çatan futbolçu Kriştianu Ronaldudur. Portuqaliyalı ulduz "Real"ın heyətindəki 100-cü qoluna 105-ci matçında imza atıb.

Uruqvaylı Luis Suares "Barselona"da keçirdiyi 120-ci, isveçli Zlatan İbrahimoviç PSJ-dəki 124-cü matçında 100 qol səddini fəth edib. "Barselona"nın lideri Lionel Messi isə buna nail olmaq üçün 188 oyun keçirib. O, bu göstəricidə 32-cidir.

1. Kriştianu Ronaldu ("Real") - 105
2. Luis Suares ("Barselona") - 120
3. Zlatan İbrahimoviç (PSJ) - 124
4. Ruud van Nistelroy ("Mançester Yunayted") - 131
5. Edinson Kavani ("Napoli") - 135
6. Robert Levandovski ("Bavariya") - 136
7. Killian Mbappe (PSJ) - 137
8. Kristian Vyeri ("İnter") - 138
9. Çiro İmmobile ("Latsio") - 147
10. Samuel Eto ("Barselona") - 154

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory