İdman

Özbək futbolçuya 10 illik cəza

10 Dekabr 2020 09:11
Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Özbəkistan çempionatının 20-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Turan" oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.

Bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub. Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, "Neftçi"nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory