SSRİ və Rusiya yığmasının sabiq futbolçusu, Moldova millisinin keçmiş baş məşqçisi İqor Dobrovolski danışılmış oyunlara iştirakda şübhəli bilinir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda Moldovanın Antikorrupsiya Mərkəzinin rəhbəri vəzifəsini icra edən Sergey Qavajuk məlumat verib.
Bu iş üzrə dörd nəfərin saxlanıldığını bildirən S.Qavajuk Dobrovolskinin hələlik şübhəli şəxs statusunda olduğunu söyləyib: "Hazırda onunla iş aparırlır. O, cinayətdə iştirakını inkar edir".
Milli.Az