İdman

“Vəziyyət məni qane etmir” - “Barselona”nın futbolçusu

8 Dekabr 2020 15:41
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç komandadakı durumundan narazıdır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Bosniya və Herseqovina millisinin üzvü Kataloniya təmsilçisində daha çox oyun praktikası əldə etmək istəyir.

30 yaşlı orta sahə oyunçusu hazırkı durumunu qəbul etmək fikrində deyil: "Daha çox oynamalı olduğumu düşünürəm və istədiyim budur. Hazırkı vəziyyətin səbəbini başa düşmürəm. Daha çox oynamaq istəyirəm, vəziyyət məni qane etmir. Karyeramda heç vaxt az oynamağa dözməmişəm, indi də bununla barışmayacağam. Mənə yaraşmayan vəziyyətdir. Dünyanın ən böyük klubunda yeni problemim var və buradakı oyuna uyğunlaşmalıyam".

Qeyd edək ki, Miralem Pyaniç "Barselona"ya mövsümün əvvəlində İtaliya klubu "Yuventus"dan keçib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.